Böyük futbol Bakıya qayıdır

2020-ci ildə Avropa çempionatının A qrupunda keçiriləcək 3 oyunu (13, 17, 21 iyun), eləcə də 1/4 final oyunu (4 iyul) Azərbaycanın ən böyük stadionunda – Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək üçün turnirin bir və ya iki ölkədə keçirilməsi deyil, bütün qitəni əhatə etməklə genişləndirilməsi məqsədilə 2012-ci ildə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. 2020-ci ildə Avropa çempionatı 12 müxtəlif ölkənin 12 müxtəlif şəhərindəki 12 müxtəlif stadionda keçiriləcək. Bu 12 məkanın hər birində ən azı 3 qrup mərhələsi oyunu və 1 play-off mərhələsi oyunu təşkil olunacaq. Oyunları qəbul etmək şansını Münhen, Sankt-Peterburq, Roma, Bakı, Kopenhagen, Buxarest, Amsterdam, Dublin, Bilbao, Budapeşt, Qlazqo və London şəhərləri şəhəri qazanıb. Avro 2020-nin final oyununu Londondakı Uembli Stadionu qəbul edəcək.

BİLETLƏR SATIŞDA!



AVRO-2020 üçün biletlər 12 iyun-12 iyulda satışda olacaq. Biletlər üç qiymət kateqoriyası ilə təklif olunur. Ev sahibi şəhərlər yerli sakinlərin alıcılıq qabiliyyətindən və orta gəlir səviyyəsindən asılı olaraq iki qiymət qrupuna bölünmüşdür.

2019-cu il dekabrın əvvəllərində start götürəcək bilet satışının ikinci mərhələsi zamanı iştirakçı komandaların azarkeşlərinə 1 milyon bilet satılacaq, bu isə 2016-cı il ilə müqayisədə 20% çoxdur. Bu satışlar 2019-cu il noyabrın 30-da keçiriləcək final mərhələsinin püşkatma mərasimindən sonra başlayacaq.

Satışların digər mərhələsi 2020-ci ilin aprel ayında keçiriləcək, çünki UEFA AVRO-2020-də iştirak edəcək son dörd komanda 26-31 mart 2020-ci ildə keçiriləcək Avropa təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək.

Bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.

Bütün matç və kateqoriyalarda tələbin təklifi üstələdiyi halda biletlər ədalətli və şəffaf lotereya vasitəsi ilə ayrılacaq. Müraciətin 2019-cu il 12 iyun – 12 iyul tarixləri arasında nə zaman edildiyindən asılı olmayaraq, bütün ərizəçilər uğurlu olmaq üçün bərabər şanslara malikdir.

bs



Hər bir ev sahibi ölkədə tətbiq olunan Əlavə Dəyər Vergisi (ƏDV) bilet qiymətinə daxildir və bu, UEFA tərəfindən ödəniləcək.


Qonaqpərvərlik paketləri

12 iyun 2019-cu il tarixindən etibarən bütün stadionlar üçün rəsmi qonaqpərvərlik paketləri mövcud olacaq. Bu paketlər daxilində şəxsi kabinetlər, biznes zalları və daha rahat şəraitli klublar kimi bir sıra seçimlər mövcuddur. Daha ətraflı məlumat üçün euro2020.com/hospitality linkinə nəzər yetirin.

KOMANDANIN BİR HİSSƏSİ OL!

Bildiyiniz kimi, Avropa Çempionatının A qrupunun 3 oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də 1/4 final mərhələsi qarşılaşması (4 iyul) Bakı Olimpiya Stadionunda keçiriləcək. Bununla əlaqədar iyunun 12-dən etibarən könüllü cəlb olunması prosesinə start verilir.

Tədbirin təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq.

Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır. Bu proqram öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs üçün açıqdır!



bs

Məkan

Bakı Olimpiya Stadionunun (BOS) əsas məqsədi yaşından, peşəsindən və maraq dairəsindən asılı olmayaraq hər kəsin sevimli məkanı olacaq kompleks yaratmaqdır. Stadionun tutumu 68700 nəfər təşkil edir. Müasir görünüşlü stadion onu seyr edənlərə sanki burada idmandan daha artığın tapa biləcəklərin nümayiş etdirir. Bakı Olimpiya Stadionundakı turlar Sizə Avropanın ən böyük idman arenalarından birini ziyarət etmək, ilk baxışda və oyunlar zamanı görə bilmədiklərinizdən zövq almaq imkanı yaradır. Qeyd edək ki, turlar stadionun ən maraqlı hissələrində gerçəkləşdirilir. Stadion Bakı şəhəri ərazisində, Böyükşor Gölünün yanında salınmışdır və 6 mart 2015-ci ildə istifadəyə verilib. Bakı Olimpiya Stadionu StadiumDB tərəfindən yeni tikilmiş stadionlar arasında dünyanın 7-ci ən yaxşı stadionu adını qazanıb. BOS 2015-ci ildə baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi edib. Əlavə olaraq, yaxın gələcəkdə stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək.