COVID-19 qaydaları

Azərbaycana səfər edən bilet sahibləri, COVID-19 testinin nəticəsinin mənfi olması barədə sübutu təqdim etməklə karantindən azad olma hüququna malik olacaqlar. Azərbaycana gedib-gələn bütün şəxslərdən COVID-19 PCR testinin nəticələrinin mənfi olması barədə sübutu 48 saatdan gec olmayaraq və mümkün olarsa QR kod ilə birlikdə təqdim etmək tələb olunur. Bu kodun olması hava limanında formal prosedurlardan keçməyin sürətləndirilməsinə kömək edəcək. Oyunların keçiriləcəyi günlərdə stadiona giriş üçün COVID-19 testinə ehtiyac olmayacaq.

 

Unutmayın ki, COVID-19 pandemiyası müddətində səfər edərkən Azərbaycandan yola düşən sərnişinlər laboratoriyalarda məcburi qaydada COVID-19 testindən keçməlidirlər. Orta PCR testinin qiyməti 45 avro təşkil edir.

 

Sərnişinlərin COVID-19 testindən keçə biləcəyi klinikalar və laboratoriyaların siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:

https://www.azal.az/en/information/covid-clinics

 

Bundan əlavə, şəhərin müxtəlif yerlərində mobil laboratoriyalar fəaliyyət göstərəcək:

1.      Azarkeş toplanma məntəqəsi (Ağ Şəhər Bulvarı) Fəaliyyət günləri: 11.06.2021- 21.06.2021 və 2.07.2021-4.07.2021

2.      Azarkeş toplanma məntəqəsi (Baku Eye, Bakı Bulvarı) Fəaliyyət günləri: 11.06.2021- 21.06.2021 və 2.07.2021-4.07.2021

3.      Parking P21 (Bakı Olimpiya Stadionu) Fəaliyyət günləri: 12.06.2021, 16.06.2021, 20.06.2021, 3.07.2021

4.      Parking P22 (Bakı Olimpiya Stadionu) Fəaliyyət günləri: 12.06.2021, 16.06.2021, 20.06.2021, 3.07.2021

5.      Səməd Vurğun Parkı (28 May) Fəaliyyət günləri: 12.06.2021, 16.06.2021, 20.06.2021, 3.07.2021