Suallar

Bakıda keçiriləcək oyunlar (3 qrup oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması) üçün biletləri necə əldə etmək olar?

Biletləri UEFA-nın rəsmi portalı vasitəsi ilə birbaşa yalnız onlayn almaq olar. Bu biletlər fiziki biletlərə dəyişdirilməyəcək. Həmin biletlər oyun günü Bakı Olimpiya Stadionunun giriş qapısında mobil tətbiq vasitəsilə aktivləşdiriləcək.

 

Stadionlarda müxtəlif qiymət bilet kateqoriyaları harada yerləşir?

UEFA Avro-2020 üçün biletlər stadion daxilində üç müxtəlif kateqoriya üzrə paylanır:

Kateqoriya 1: Mərkəzdə

Kateqoriya 2: Künclərdə

Kateqoriya 3: Qapı arxasında

Zəhmət olmazsa, nəzərə alın ki, stadion xəritəsi yalnız  kateqoriyaların stadionda yerləşdiyi yerlərin göstəricisidir. Hər bir stadion fərqli quruluşa malik olduğu üçün kateqoriyaların stadiondakı yerləri bir qədər fərqlənə bilər.

Oturacaqların stadionda harada yerləşməsindən asılı olmayaraq, əlil azarkeşlər üçün bütün biletlər 3-cü kateqoriya bilet qiymətləri (yəni ən ucuz kateqoriyada) ilə satılacaq.

Nə üçün açılış oyunu üçün biletlər digər qrup oyunlarının biletlərindən bahadır?

Açılış oyunu üçün bilet öz sahibinə cümə günü, 12 iyun 2020-ci ildə “Olimpiko” stadionunda birbaşa həmin oyunun başlanmasından əvvəl keçiriləcək turnirin açılış mərasimində iştirak hüququ verir. Bu səbəbdən açılış oyununa biletlər digər qrup matçları biletlərindən daha bahadır.

 

Niyə stadionlar arasında qiymət fərqləri mövcuddur?

UEFA Avro-2020 zamanı bəzi stadionlarda keçiriləcək oyunlar üçün biletlərin aşağı qiymətlərlə satılması qərarı müxtəlif ev sahibi ölkələrdə yaşayan insanların alıcılıq qabiliyyəti ilə əlaqədar aparılmış geniş araşdırmaya əsaslanır.

 

Hansı növ biletlər mövcuddur?

İki növ biletlər mövcuddur:

Tək biletlər: Bunlar konkret bir matç üçün nəzərdə tutulan fərdi biletlərdir. Siz hər oyun üçün maksimum dörd Tək Bilet (özünüz və üç qonaq üçün) üçün müraciət edə bilərsiniz. Yeganə məhdudiyyət ondan ibarətdir ki, Siz eyni gündə keçiriləcək oyunlardan yalnız biri üçün müraciət edə bilərsiniz.

Əlillər üçün biletlər: Əlil arabasından istifadə edən və ya asan girişi olan oturacaqlar tələb edən əlil ərizəəkçilər üçün məhdud sayda Əlillər üçün Biletlər mövcud olacaq. Ərizəçilər müşayiət edən şəxslər / şəxsi kömçiləri üçün də pulsuz bilet tələb edə bilərlər. Bu kateqoriya üzrə bilet sifariş edən azarkeşlər bilet portalında əlilliyi sübut edən sənəd yükləməlidirlər.

 

Biletləri qaytarıb, pulumu geri ala bilərəmmi?

UEFA Avro-2020 Bilet Satışı üzrə Şərtlər və Qaydalara əsasən, biletlər geri qaytarıla, ləğv edilə və üçüncü tərəfə ötürülə bilməz. Bütün satışlar yekun hesab olunur.

Biletlər yalnız müraciət edən şəxsin və onun qonağının (qonaqlarının) şəxsi istifadəsi üçündür; nə müraciət edənlər, nə də onların qonaqları biletlərini sata, satış üçün təklif edə, hərraca çıxara, yenidən sata və ya başqa şəkildə kiməsə ötürə bilməzlər.

 

Oyunda iştirak edə bilməyəcəyim təqdirdə biletlərimi yenidən satışa çıxarmaq mümkün olacaq?

Biletlərin yenidən satış platforması 2019-cu ilin iyul / avqust aylarında bilet almış azarkeşlərə  euro2020.com/tickets vasitəsilə yenidən satış üçün biletlərini təklif etmələrini təmin edəcək. Biletlərin yenidən satışa çıxarılması platforması 2020-ci ildə mümkün olacaq. Bu platforma azarkeşlərə rəsmi UEFA satış kanalı vasitəsilə digər azarkeşlərdən alınan biletlər üçün təhlükəsiz şəkildə ödəniş etməyə imkan verəcək. Bu, etibarsız və saxta biletləri əldə etmək riskini aradan qaldırır və satıcıların pullarını tam olaraq geri almasını təmin edir.

 

Biletlər üzrə ödəniş üçün hansı valyutalardan istifadə edə bilərəm?

Bütün müraciət edənlər biletlər üçün ödənişi avro (€) ilə həyata keçirməlidir.

 

Biletlərimə hansı ƏDV tətbiq edilə bilər?

ƏDV bilet qiymətinə daxildir və ƏDV məbləği hər bir hesab-fakturada göstərilir.

 

EURO2020.com-dan başqa digər mənbələrdən bilet ala bilərəmmi?

Üçüncü tərəflərə aid bilet satışı üzrə veb-səhifələrə və ikinci dərəcəli bilet platformalarına UEFA Avro-2020 biletlərinin satışı üçün səlahiyyət verilmir. Bu cür saytlardan alınmış biletlər UEFA-nın bilet satışı qaydalarına və şərtlərinə müvafiq olaraq etibarsız sayılır və stadiona giriş hüququ vermir. Nəticə etibarı ilə, UEFA azarkeşləri hər hansı bu növ saytlardan bilet almamağa çağırır.  

UEFA Avro-2020 oyunlarını izləmək istəyən azarkeşlər EURO2020.com/tickets linki vasitəsilə biletlər üçün müraciət edə bilərlər. UEFA Avro-2020 biletləri üçün ilk bilet müraciət pəncərəsi 12 iyul 2019-cu ildə bağlandı. 2019-cu ilin dekabr ayından etibarən daha çox satış planlaşdırılır.

 

“Komandamı izlə” biletləri nədir?

“Komandamı izlə” ("Follow my team") biletlərini əldə etmək 2019-cu ilin dekabr ayında mümkün olacaq. "Komandamı izlə" bileti azarkeşlərə matçın keçirildiyi yerdən asılı olmayaraq, sevimli komandasının pley-off mərhələsi oyununda iştirak etməyə imkan verən şərti biletdir. Komanda həmin oyundan əvvəl kənarlaşdırılarsa, azarkeşlər müvafiq bilet üçün təzminat alacaqlar.

Bu xidmətlə bağlı daha ətraflı məlumat daha sonra açıqlanacaq.

 

Təsnifat mərhələsinin oyunları üçün biletləri necə əldə edə bilərəm?

UEFA Avro-2020 təsnifat mərhələsinin oyunlarını izləmək istəyirsinizsə, Sizə birbaşa milli Assosiasiyanızla əlaqə saxlamağı tövsiyə edirik.

 

Hər hansı ev sahibi şəhərə səyahət üçün mənə viza lazımdırmı?

Ev sahibi şəhərlərdən hər hansı birinə vizanın lazım olub-olmamasını yoxlamaq üçün öz ölkənizin yerli aidiyyatı qurumlarına müraciət edin. Unutmayın ki, UEFA Avro-2020 üçün biletlər viza hesab olunmur.

 

UEFA Avro-2020 haqqında məlumat üçün rəsmi mənbə hansıdır?

UEFA Avro-2020 haqqında rəsmi məlumat əldə etmək üçün ən yaxşı mənbə EURO2020.com və euro2020.affa.az veb-səhifəsidir. Məlumatlı olmaq üçün Siz, həmçinin, “UEFA National Team Competitions” mobil tətbiqini yükləyə bilərsiniz. 

Nəzərinizə çatdırmaq istəyirik ki, UEFA Avro-2020 oyun biletləri yalnız euro2020.com/bakutickets veb-səhifəsi vasitəsilə alına bilər. Üçüncü tərəf bilet satışı saytlarına və ikinci dərəcəli bilet platformalarına UEFA AÇ biletlərinin satışı üçün səlahiyyət verilmir. Bu cür saytlardan alınan biletlər UEFA-nın bilet satışı qaydalarına və şərtlərinə müvafiq olaraq etibarsızdır və stadiona giriş hüququ vermir. Nəticə etibarı ilə, UEFA azarkeşləri bu növ saytlardan bilet almamağa çağırır.

 

Bakı Olimpiya Stadionuna necə getmək olar?

Bilet almış azarkeşlər Bakı Olimpiya Stadionuna və əks istiqamətə iki ekspress marşrut üzrə hərəkət edəcək avtobuslarla daşınacaqlar. Avtobuslar X1 marşrut xətti üzrə metronun “Qara Qarayev”, X2 marşrut xətti üzrə isə “28 May” stansiyalarından hərəkət edəcəklər. Azarkeşlərə tövsiyə edilən nəqliyyat vasitəsi metrodur. Metronun “Koroğlu” stansiyasından çıxaraq stadiona piyada getmək ən əlverişli üsuldur. Oyun günlərində Bakıya gələcək azarkeşlərə Olimpiya Stadionuna birbaşa gəlmək üçün hava limanının 1-ci terminalından ekspress avtobuslar xidmət göstərəcək.

 

Bundan əvvəl lotereya sistemi vasitəsilə bilet almaq üçün müraciət edən azarkeşlər biletləri necə əldə edəcəklər?

Bilet satışının 4-18 dekabr tarixlərində keçirilən lotereya mərhələsində iştirak edən və müraciətlərini uğurla tamamlayan bütün azarkeşlər bilet sahibi hesab edilirlər. Onlar 2020-ci il yanvar ayının sonunadək e-mail bildiriş alacaqlar və bundan sonra ödənişi həyata keçirib biletlərini əldə edə bilərlər. Həmin azarkeşlərin yenidən bilet almasına ehtiyac yoxdur.

 

1 hesabdan maksimum 4 bilet almaq mümkündürsə, bəs 5 və daha çox yanaşı yerlərə bilet almaq istəyənlər nə etməlidir?

Bilet alarkən prosesin sonunda növbəti alışlarda istifadə olunması üçün sizə xüsusi kod təqdim ediləcək. Digər hesab sahibi bilet alarkən bu koddan istifadə etməklə biletərinin sizinlə yanaşı oturacaqda olmasını istəmiş olacaq.