Avro-2020: Bakıda son qrup oyunu

20-06-2021

Bu gün Avro-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda İsveçrə və Türkiyə milli komandaları qarşılaşacaq. Saat 20:00-da başlayacaq qarşılaşmanı idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Baş hakimin köməkçilər: Tomaj Klançnik, Andraz Kovaçiç (hər ikisi - Sloveniya)
Video köməkçi hakim: Bastian Dankert (Almaniya)
Video köməkçi hakimin köməkçiləri: Christian Dingert, Christian Gittelmann, Marco Fritz (hamısı - Almaniya)
Dördüncü hakim: Andreas Ekberg (İsveç)

Xatırladaq ki, iyunun 12-də Bakı Olimpiya Stadionunda Avro-2020-nin A qrupu çərçivəsində Uels - İsveçrə, iyunun 16-da isə Türkiyə - Uels oyunu keçirilib. İyulun 3-də BOS-da Avro-2020-nin 1/4 final mərhələsinin 1 qarşılaşması təşkil olunacaq.

 

Növbəti xəbərlər

Ən son videolar