AVRO-2020 könüllüləri üçün CBC Sportda media-tur təşkil olunub

27-02-2020

Fevralın 27-də CBC Sport televiziya kanalında UEFA Bakı AVRO-2020-də çalışacaq media könüllüləri üçün xüsusi media-tur təşkil olunub. Tur zamanı CBC Sportun baş direktorunun birinci müavini Aslan Məmmədov könüllülərə kanalın iş prinsipi, proqramın hazırlanmasının texniki və yaradıcı tərəfləri, eyni zamanda, proqramların senariləşdirilməsi, çəkiliş öncəsi hazırlıq, çəkiliş zamanı kamera önü və kamera arxası məsələlər ilə bağlı məlumat verib. Daha sonra kanalın əməkdaşları könüllülər üçün kiçik ekskursiya təşkil ediblər.

Xatırladaq ki, UEFA AVRO-2020-nin Bakıda keçiriləcək 3 oyununun (Uels – İsveçrə, Türkiyə – Uels, İsveçrə – Türkiyə) və 1/4 final qarşılaşmasının təşkilati işlərində müxtəlif sahələr və funksiyalar üzrə 2020 könüllü çalışacaq.

AFFA tərəfindən 2019-cu ilin iyun ayından etibarən könüllülərin qeydiyyat mərhələsinə start verilib. 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib. Müraciət sayına görə Bakı şəhəri Avropa çempionatı təşkil olunacaq 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir. 6000-dən çox namizədlə təkbətək müsahibə aparılıb.

Fotoqalereya

Növbəti xəbərlər

Ən son videolar