AVRO-2020-nin adı olduğu kimi saxlanılıb

24-04-2020

AVRO-2020-nin 2021-ci ilin yayına qədər təxirə salınmasının ardınca və hərtərəfli təhlildən, eləcə də UEFA-nın tərəfdaşları ilə aparılmış müzakirələrdən sonra UEFA İcraiyyə Komitəsi turnirin AVRO-2020 adı ilə tanınmağa davam etməsi barədə qərar qəbul edib.

Bu qərar UEFA-ya Avropa Futbol Çempionatının 60-cı ildönümünün (1960-2020) təntənəli şəkildə qeyd olunması ilə bağlı ilkin ideyanı qoruyub saxlamağa imkan verir. 

Qərar, eyni zamanda, UEFA AVRO 2020-nin dayanıqlı olması və israfçılığa səbəb olmaması ilə bağlı UEFA-nın öhdəliyinə də uyğun gəlir. Turnirin təxirə salınmasına qədər çox sayda brendləşdirilmiş material artıq istehsal edilmişdi. Tədbirin adının dəyişdirilməsi bu məhsulların məhv edilib yenidən hazırlanmasına gətirib çıxara bilərdi.

Növbəti xəbərlər

Ən son videolar