AVRO 2020-nin keçiriləcəyi qalan məkanlar barədə qərarın 23 apreldə verilməsi gözlənilir

19-04-2021

UEFA İcraiyyə Komitəsinin iclası - Montrö şəhəri, İsveçrə, 19 aprel 2021-ci il.

 

UEFA İcraiyyə Komitəsi bu gün İsveçrənin Montrö şəhərində keçirilmiş iclasında UEFA-nın klub yarışlarının 2024-25-ci ildən tətbiq ediləcək yeni formatının təsdiqi ilə yanaşı aşağıdakı qərarları qəbul etmişdir.

 

UEFA AVRO 2020

 

İcraiyyə Komitəsinə hazırda tamaşaçı iştirakının təsdiqlənmədiyi Bilbao, Dublin və Münhen şəhərlərinin məkanlarında keçirilməsi nəzərdə tutulan oyunlar üçün bir neçə seçim təqdim edilmişdir. Komitə cümə günü 23 aprel 2021-ci il tarixində video konfrans vasitəsilə yekun qərarın verilməsi üçün konkret təkliflər hazırlamaq vəzifəsini UEFA administrasiyasına həvalə etmişdir

 

UEFA Qadınlararası Çempionlar Liqasının 2021-25 mövsümləri

 

Qadın futbolunda yeni dövrün başlanmasını simvolizə edən yenilənmiş və qarşıdan gələn yayda baş tutacaq UEFA Qadınlararası Çempionlar Liqasının startı ərəfəsində UEFA İcraiyyə Komitəsi həmçinin yarış üçün yeni maliyyə bölgüsü modelini və modernləşdirilmiş tənzimləyici çərçivəni təsdiq etmişdir. Qadın futbolunun daha da peşəkarlaşması üçün bölgü mexanizmi və tənzimləyici sistemdə edilən dəyişikliklər barədə daha ətraflı məlumat gələn həftə təqdim olunacaqdır.

 

Ev sahiblərinin təyinatı

 

Gənclər arasında keçirilən aşağıdakı çempionatların final turnirləri üçün ev sahibi assosiasiyalar təyin edilmişdir:

  • 17 yaşadək qadınlar arasında UEFA Avropa Çempionatı: Estoniya 2023, İsveç 2024, Farer Adaları 2025

  • 17 yaşadək futbolçular arasında UEFA Avropa Çempionatı: Macarıstan 2023, Kipr 2024

  • 19 yaşadək qadınlar arasında UEFA Avropa Çempionatı: Belçika 2023, Litva 2024, Belarus 2025

  • 19 yaşadək futbolçular arasında UEFA Avropa Çempionatı: Malta 2023, Şimali İrlandiya 2024, Rumıniya 2025

 

Son olaraq, İspaniyanın Xaen şəhəri Futzal üzrə 19 yaşadək komandalar arasında AVRO 2022 çempionatı üçün ev sahibi təyin edilmişdir.

Növbəti xəbərlər

Ən son videolar