Elxan Məmmədov İsveçrə FA-nın prezidenti ilə görüşüb

20-06-2021

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blank arasında görüş keçirilib. Görüşdə Avro-2020-nin Bakıda təşkil olunan oyunları barədə fikir mübadiləsi aparılıb, AFFA və İFA arasında əməkdaşlıqla bağlı müzakirələr olub.

Xatırladaq ki, İsveçrə milli komandası Avro-2020-nin A qrupu çərçivəsində 2 oyununu Bakı Olimpiya Stadionunda keçirib.

 

Növbəti xəbərlər

Ən son videolar