Elxan Məmmədov Uels FA-nın prezidenti ilə görüşüb

11-06-2021

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels Futbol Assosiasiyasının prezidenti Kieran O'Connorla görüşüb. E.Məmmədov Avro-2020-də iştirak etmək üçün Bakıya gələn Uels milli komandasını və nümayəndə heyətini salamlayıb və uğurlar arzulayıb. K.O'Connor səmimi görüşə və xoş arzulara görə minnətdarlığını bildirib, təşkilati işlərdən razılığını ifadə edib.

 

Növbəti xəbərlər

Ən son videolar