AVRO 2020: Turnir haqqında bilməli olduğunuz bütün məlumatlar

12-11-2020


Əsas tarixlər hansılardır?

Final turnirinin yeni tarixləri 11 iyun - 11 iyul 2021-ci ildir

Qrup mərhələsinin mənzərəsi

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Hollandiya, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çex Respublikası

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya
 

Oyunların tam siyahısı 

Pley-off oyunları

Yarımfinal oyunları 22 noyabr 2019-cu ildə Nyon şəhərində keçirilən ayrıca püşkatmada təsdiq edilmiş və 8 oktyabr 2020-ci ildə baş tutmuşdur:


A cığırı: İslandiya 2-1 Rumıniya, Bolqarıstan 1-3 Macarıstan
B cığırı: Bosniya və Herseqovina 1-1 Şimali İrlandiya (penaltilər: 3-4), Slovakiya 0-0 İrlandiya Respublikası (penaltilər 4-2)
C cığırı: Şotlandiya 0-0 İsrail (penaltilər: 5-3), Norveç 1-2 Serbiya
D cığırı: Gürcüstan 1-0 Belarus, Şimali Makedoniya 2-1 Kosovo

Pley-off mərhələsinin final oyunları 12 noyabrda keçirilmişdir:

A cığırı: Macarıstan 2-1 İslandiya
B cığırı: Şimali İrlandiya 1-2 Slovakiya
C cığırı: Şotlandiya 1-1 Serbiya (penaltilər: 4-5)
D cığırı: Gürcüstan 0-1 Şimali Makedoniya

Ev sahibləri kimlərdir?

UEFA AVRO 2020 yarışın 60 illik tarixində ilk dəfə olaraq bütün qitə ərazisində, ümumilikdə 12 ev sahibi şəhərdə təşkil olunur.

Final və yarımfinallar, bir 1/8 final oyunu, üç qrup oyunu
London
, İngiltərə: Uembli Stadionu

Üç qrup oyunu, bir 1/4 final oyunu
Bakı, Azərbaycan: Bakı Olimpiya Stadionu
Münhen, Almaniya: Münhen Futbol Arenası
Roma, İtaliya: Roma Olimpiya Stadionu
Sankt Peterburq, Rusiya: Sankt Peterburq Stadionu

Üç qrup oyunu, bir 1/8 final oyunu
Amsterdam, Hollandiya: Yohan Kroyf Arena
Bilbao, İspaniya: “San Mames” Stadionu
Buxarest, Rumıniya: Buxarest Milli Arenası
Budapeşt, Macarıstan: Puşkaş Arena
Kopenhagen, Danimarka: “Parken” Stadionu
Dublin, İrlandiya Respublikası: Dublin Arena
Qlazqo, Şotlandiya: “Hampden Park” Stadionu

Final mərhələsinə vəsiqələr necə qazanıldı?

▪ On qrupun hər birində ilk iki yeri tutan iyirmi komanda turnirə vəsiqəni 2019-cu ilin mart ayından noyabr ayına qədər davam edən Avropa Çempionatının Təsnifat Mərhələsi vasitəsilə qazandılar.

▪ Daha dörd ölkə isə vəsiqəni 8 oktyabr (yarımfinallar) və 12 noyabr (finallar) tarixlərində keçirilmiş pley-off oyunları vasitəsilə qazandılar.

Turnirin formatı necədir?

Format UEFA AVRO 2016-nın formatı ilə eyni olacaqdır. Final turnirinin altı qrupunun hər birində ilk iki yeri tutan komanda və üçüncü yerlərin sahibləri arasından ən yüksək göstəricisi olan dörd komanda 1/8 final mərhələsinə adlayacaqdır.

Reqlamentlə tanış olun 

Ev sahibləri öz oyunlarını doğma meydanda keçirəcəklər?

Turnirə vəsiqə qazanmış ev sahibi ölkələr avtomatik olaraq aşağıdakı qruplara yerləşdirilmişdir:

A qrupu: İtaliya (Roma Olimpiya Stadionu)*
B qrupu: Rusiya (Sankt Peterburq Stadionu), Danimarka (“Parken” Stadionu, Kopenhagen)*
C qrupu: Hollandiya (Yohan Kroyf Arena, Amsterdam)*
D qrupu: İngiltərə (Uembli Stadionu, London)*, Şotlandiya (“Hampden Park” Stadionu, Qlazqo)
E qrupu: İspaniya ( “San Mames” Stadionu, Bilbao)*
F qrupu: Almaniya (Münhen Futbol Arenası, Münhen)*, Macarıstan (Ferents Puşkaş Stadionu, Budapeşt)

*Turnirə vəsiqəni Avropa Çempionatının Təsnifat Mərhələsi vasitəsilə qazandığı üçün bütün üç qrup oyununu doğma meydanda keçirməsinə təminat verilib. Rusiya və Danimarka hər ikisi UEFA AVRO 2020-yə Avropa Çempionatının Təsnifat Mərhələsi vasitəsilə çıxdığı üçün hansı komandanın öz üç qrup oyununu doğma meydanda keçirməsini təyin etmək üçün 22 noyabr 2019-cu ildə əlavə püşkatma keçirilmişdir. Nəticə olaraq, Danimarka qrupda üç ev oyunu, Rusiya isə iki ev oyunu keçirəcəkdir.

Roma Olimpiya Stadionu açılış oyununa ev sahibliyi edəcəkdir.

Azarkeşlər biletləri necə ala bilər?

UEFA AVRO 2020-yə təxminən 2,5 milyon biletin azarkeşlərə satılması nəzərdə tutulub. Biletlərin 1,5 milyon biletdən ibarət ilk partiyası üçün müraciətlər 12 iyun - 12 iyul 2019-cu il tarixlərində baş tutmuşdur.

Müraciət etmiş, lakin bilet ala bilməmiş şəxslər UEFA-nın “Öncə Azarkeşlər” proqramına daxil edilmişdir. Yəni, gələcəkdə bilet almaq imkanları yaranarsa, ilk olaraq onlara məlumat veriləcəkdir.

Biletlər daha sonra iştirakçı üzv assosiasiyalar vasitəsilə 2019-cu il dekabrın 4-dən 18-ə qədər davam edən müraciət dövrü ərzində əlçatan olmuşdur. Bu mərhələdə biletlər üçün müraciət etmək hüququ əldə etmək istəyən azarkeşlərdən milli assosiasiyaların müəyyən etdiyi xüsusi meyarlara cavab verməsi tələb olunurdu.

Bütün mövcud biletlər 2021-ci ildə turnir üçün etibarlı sayılır. Bununla belə, bilet(lər)ini qaytarmaq istəyən mövcud bilet sahibləri üçün ödənişi geri tələb etməklə bağlı son imkan 18 iyun - 25 iyun 2020-ci il tarixləri arasında euro2020.com/tickets saytı vasitəsilə mövcud olmuşdur. Potensial gələcək bilet satışları, o cümlədən pley-off vasitəsilə final turnirinə çıxmış dörd komandanın azarkeşləri üçün satışlarla bağlı tarixlər sonrakı mərhələdə dəqiqləşdiriləcəkdir.

Könüllü olmaq üçün nə etməliyəm?

Müraciət qəbulunun açıq olub-olmadığını bilmək üçün buraya klikləyin


Turnirin səfirləri kimlərdir?

Ulduzlardan ibarət səfirlər heyəti arasında AVRO turnirlərinin bir sıra keçmiş laureatları yer alır. “Biz futbol azarkeşlərinə həmişəkindən daha yaxın bir tədbir olacaq UEFA AVRO 2020-yə dəstək verilməsində onların iştirakını səbirsizliklə gözləyirik,” deyə UEFA Prezidenti Aleksandr Çeferin qeyd edib. Səfirlərin tam siyahısı ilə burada tanış ola bilərsiniz

Turnirin maskotu nədir
 

Turnirin maskotu fristayl futbol, küçə futbolu və panna futbolundan ilhamlanmış personaj olan “Skillzi”dir

Növbəti xəbərlər

Ən son videolar