Heineken UEFA Avro-2020 ilə tərəfdaşlığa başlayır və UEFA Çempionlar Liqası üzrə sponsorluq müqaviləsini yeniləyir

14-11-2019

Razılaşma çərçivəsində, Heineken UEFA Avro-2020-nin rəsmi pivə tərəfdaşı adını qazanmaqla yanaşı, UEFA Çempionlar Liqası üzrə tərəfdaşlığını daha üç il müddətinə (2021-ci ildən 2024-cü ilə qədər) uzadıb.

 

UEFA Çempionlar Liqası ilə tərəfdaşlığı on beş ildən artıqdır ki, uğurla davam edən Heineken UEFA Avro-2020-nin rəsmi pivə tərəfdaşı olmağa dair sponsorluq müqaviləsi imzalamaqla UEFA ilə bu işbirliyini daha da genişləndirib.

 

Razılaşmaya əsasən, Heineken həm Avropanın ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasının, həm də dünyanın ən məşhur milli komanda turnirlərindən biri olan UEFA Avropa Çempionatının tərəfdaşı olacaqdır. Eyni zamanda, Holland pivə şirkəti UEFA Çempionlar Liqası üzrə tərəfdaşlıq sazişini daha üç il müddətinə (2021-ci ildən 2024-cü ilə qədər) uzadıb.

 

“Avropa futbolu üçün hazırda olduqca maraqlı bir dövrü yaşayırıq. UEFA Avro-2020 turniri 60 illik yubiley tədbirləri çərçivəsində ilk dəfə olaraq 12 ölkədə təşkil olunacaq. UEFA Çempionlar Liqası isə öz gücünə güc qatmaqla dünyanın əsas klub yarışması kimi mövqeyini daha da möhkəmləndirir,” deyə UEFA Events SA-nın marketinq direktoru Qay Loran Epşteyn qeyd edib.

“Heineken-in dünya miqyasında UEFA Çempionlar Liqasının azarkeşləri ilə apardığı möhtəşəm iş sayəsində yaratdığı dəyər bizə məlumdur və bu tərəfdaşlığın daha üç mövsüm müddətinə artırılması bizə böyük sevinc bəxş edir. UEFA Avro-2020-nin ərəfəsində və turnir zamanı Heineken-in təcrübəsindən və yenilikçi marketinq kampaniyalarından yararlana biləcəyimiz üçün də böyük məmnunluq hissi duyuruq.”

 

UEFA Avro-2020 üzrə imzalanmış yeni sponsorluq razılaşması çərçivəsində, Heineken turnir zamanı stadionda, Fan Zonalarda pivə satışı ilə bağlı müstəsna hüquq, meydançanın LED lövhələri üzərində reklam, rəqəmsal hüquqlar, “Matçın ən yaxşı futbolçusu” təqdimatları, matçların böyük monitorda nümayişi və hədiyyə bilet aksiyaları ilə bağlı hüquqlar əldə edir.

 

Brend həmçinin qlobal televiziya və rəqəmsal marketinq kampaniyaları həyata keçirəcək və bu kampaniyalarda şirkəti onun qlobal futbol səfiri, UEFA Çempionlar Liqasının və UEFA Avropa çempionatının qalibi Tyerri Anri təmsil edəcəkdir. Hər iki nüfuzlu yarış Heineken-ə Avropa və dünya səviyyəsində biznesin inkişafı ilə bağlı məqsədlərinə çatmaqda əhəmiyyətli dərəcədə kömək edəcəkdir.

 

“UEFA Çempionlar Liqasının sponsoru olmaqla Heineken futbol azarkeşləri ilə mükəmməl münasibətlər qurub,” deyə Heineken-in qlobal sponsorluq üzrə direktoru Hans Erik Tuijt bildirib.

 

“Biz şadıq ki, bu münasibətləri UEFA Avro-2020 üzrə tərəfdaşlıq hesabına daha da inkişaf etdirmək imkanına malikik. Belə ki, biz Avropanın aparıcı klublar arası və beynəlxalq turnirlərində iştirak edəcəyik. UEFA Avro-2020 Heineken üçün bütün Avropa və dünya ərazisində azarkeşlərə daha da maraqlı imkanlar təqdim etmək şəraiti yaradacaqdır. Bu tərəfdaşlıq bizim Reqbi üzrə Dünya Çempionatı, Formula 1 və Ceyms Bond kimi digər unikal qlobal platformalarımız üçün tamamlayıcı rolunu oynayır.”

 

Növbəti xəbərlər

Ən son videolar