Könüllülük proqramı çərçivəsində Yay Düşərgəsi

12-09-2019

Sentyabr 11-dən etibarən Şamaxı şəhərindəki Olimpiya Mərkəzində AFFA-nın təşkilatçılığı ilə UEFA Avro-2020 Könüllülük proqramı çərçivəsində Yay Düşərgəsi start götürüb. 

Düşərgədə UEFA Avropa Liqası Final 2019-da çalışmış, milli və klubların oyunlarında iştirak etmiş və Avro-2020 Könüllülük proqramında qeydiyyatdan keçmiş 200 könüllü iştirak edir.
Düşərgə ərzində könüllülər üçün Avro-2020 haqqında məlumatlar, müxtəlif şöbələr tərəfindən təlimlər təşkil olunur, eyni zamanda, xüsusi qonaqlarla görüş, şirkətlər tərəfindən seminarlar keçiriləcək. Bundan əlavə, düşərgə iştirakçıları 10 komanda tərkibində futbol və intellektual yarışlarda iştirak edəcəklər. Sonda düşərgənin qalib komandasına kubok təqdim olunacaq. Düşərgə sentyabrın 13-də yekunlaşaq.

Fotoqalereya

Növbəti xəbərlər

Ən son videolar