Müsahibə mərhələsinə start verilib

30-09-2019

Avro-2020-nin Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start verilib. Bakı Olimpiya stadionunun İnformasiya Mərkəzində keçirilən ilk müsahibə mərhələsində 265 könüllü namizəd iştirak edib. Dekabrın 28-dək davam edəcək müsahibə mərhələsi bazar ertəsi istisna olmaqla həftənin digər günləri keçiriləcək.

Qeyd edək ki, müsahibə mərhələsinin ilk günündə Avro-2020-nin Bakı Könüllülük proqramının səfiri Taleh Yüzbəyov da iştirak edərək könüllü namizədlərlə görüşüb.

Növbəti xəbərlər

Ən son videolar