UEFA e-AVRO 2020-nin final mərhələsinin iştirakçıları bəllidir

04-04-2020

Final turniri üçün qalan altı yerin sahibi apreldə keçiriləcək pley-off oyunları ilə müəyyən ediləcək, seçilmiş matçlar UEFA-nın YouTube kanalında yayımlanacaq.

COVID-19 pandemiyası səbəbindən bütün Avropada futbolun dayandığı bir vaxtda onlayn e-AVRO 2020 turniri futbol azarkeşləri üçün müəyyən qədər təsəllidir. Turnir müstəsna olaraq Konami şirkətinin e-Futbol PES 2020 video oyununda gərgin mübarizə şəraitində keçirilir və azarkeşlər yarışı UEFA-nın YouTube kanalında izləmək imkanına malikdir.  

Yarışın qrup mərhələsinə bazar ertəsi yekun vurulub, on komanda birbaşa final turnirinə adlayıb.

Final turnirinə vəsiqə qazanmış komandalar

1) Bosniya və Herseqovina

2) Fransa

3) Almaniya 

4) Yunanıstan 

5) İsrail

6) İtaliya 

7) Lüksemburq

8) Hollandiya 

9) Rumıniya 

10) Serbiya

Qrup mərhələsinin qrup ikincisi olan 10 komanda isə aprelin 20-də və 27-də baş tutacaq pley-off oyunlarında rəqabət aparacaq. Ən yaxşı nəticə göstərən altı komanda – iki qrupun hər birindən ilk üç yerin sahibi də final turnirinə adlayacaq.

Pley-off oyunları

1-ci qrupda yer alacaq qrup ikinciləri:

1) Avstriya

2) Xorvatiya 

3) Finlandiya

4) Monteneqro 

5) Portuqaliya

2-ci qrupda yer alacaq qrup ikinciləri:

1) Danimarka

2) Qazaxıstan 

3) Litva 

4) İspaniya 

5) Türkiyə

Qitənin 16 ən yaxşı e-futbol komandası mayın 23-də və 24-də keçiriləcək onlayn final turnirində yarışacaq. Buna qədər finalçıların iyul ayında Londonda bir araya gəlməsi nəzərdə tutulsa da, hazırkı şəraitdə turnir virtual formada baş tutacaq. 

Pley-off oyunları və final turnirinin oyunları UEFA-nın YouTube kanalında aşağıdakı tarixlərdə yayımlanacaq:

5-ci oyun günü – 20 aprel, bazar ertəsi, (pley-off oyunları)

6-cı oyun günü – 27 aprel, bazar ertəsi (pley-off oyunları)

Final turniri – 23 və 24 may (16 ən yaxşı komandanın iştirakı ilə)

Ən böyük e-futbol yarışı  

55 ölkənin rəqabət apardığı e-AVRO 2020 milli komandalar səviyyəsində tarixin ən böyük e-futbol yarışıdır. Təsnifat mərhələsi üçün komandalar 10 qrupa bölünüb, hər komanda öz qrupundakı digər komandalarla ev-səfər formatı üzrə iki dəfə qarşılaşıb. Hər qarşılaşma iki təkbətək oyundan ibarət olur və iki oyunun ümumi hesabı yekun nəticəni müəyyən edir.

Milli assosiasiyalar onları e-AVRO 2020-də təmsil edəcək komandaları əsasən onlayn turnirlər vasitəsilə seçib. Lakin bəzi hallarda təlim düşərgələri təşkil edilib və ölkənin ən yaxşı oyunçuları məşq etmək, həmçinin e-futbol ekspertləri tərəfindən qiymətləndirilmək üçün dəvət olunublar. Bir neçə milli assosiasiya üçün e-AVRO 2020-nin seçim prosesi onların e-futbol dünyasına ilk addımları olub.   

İndiyə qədər 10 mindən artıq oyunçu iştirak edib, e-AVRO 2020-nin videoyazılarını (püşkatma mərasimi daxil olmaqla) 2 milyondan artıq insan seyr edib.

E-AVRO 2020-nin qalibləri 2021-ci ildə keçiriləcək UEFA Avropa Çempionatının final mərhələsinə biletlər, eləcə də pul mükafatı əldə edəcək. Oyunları oyun günlərində UEFA-nın YouTube kanalında Mərkəzi Avropa vaxtı ilə saat 17:15-dən etibarən seyr edə bilərsiniz. 

Növbəti xəbərlər

Ən son videolar