UEFA e-AVRO 2021-ə start verir

23-10-2020

Builki ilk UEFA e-AVRO-nun uğurundan sonra Avropanın futbol üzrə idarəedici qurumu müsabiqənin növbəti dəfə keçiriləcəyini elan edib. Final turnirinin gələn yay Londonda baş tutması planlaşdırılır.

UEFA e-AVRO 2021-in iştirakçıları milli komandalar arasında keçirilən ən irimiqyaslı e-futbol tədbirində bir-biri ilə yarışacaqlar və müsabiqə eksklüziv olaraq KOMANİ-nin e-futbol PES 2021 video oyununun SEASON UPDATE versiyasında keçiriləcəkdir. Müsabiqədə UEFA-nın bütün 55 üzv assosiasiyası iştirak edəcək və noyabr ayında onların hər biri 2021-ci ilin əvvəlində keçiriləcək təsnifat mərhələsində iştirak üçün öz komandalarını seçməyə başlayacaq. 

Rəqabət aparacaq bütün ölkələrin məqsədi 11 iyulda Uembli Stadionunda keçiriləcək əsl UEFA AVRO 2020-nin final oyunundan bilavasitə əvvələ təyin olunmuş, 9-10 iyul tarixlərində Londonda təşkil olunacaq final turnirinə vəsiqə qazanmaq olacaqdır.

“UEFA e-AVRO müsabiqəsi e-futbol həvəskarlarına öz ölkələrini ən böyük səhnədə təmsil etmək arzusunu reallaşdırmaq imkanı verib və bütün rəqib komandalar bu il bir qədər əvvəlki yarışın qalibi olan İtaliyanın uğurunu təkrarlamağa çalışacaq,” deyə UEFA-nın marketinq direktoru Qay Loran Epşteyn bildirib.  

“İlk UEFA e-AVRO müsabiqəsi şübhəsiz ki, uğurlu olmuş, bütün UEFA platformaları üzərindən 15 milyondan artıq insan müsabiqənin videolarını izləmişdir. Biz son bir neçə ildə e-futbolun populyarlığında böyük bir artımın şahidi olmuşuq və e-AVRO 2021 bizə milli komanda futbolunun yeni və mövcud azarkeşləri ilə əlaqə yaratmaq imkanı verməyə davam edəcəkdir.”

Məqalənin ardını oxumaq üçün aşağıdakı linkə daxil olun: UEFA.com

Növbəti xəbərlər

Ən son videolar