UEFA AVRO-2020 ilə bağlı ev sahibi şəhərlərlə görüş keçirib

21-01-2021

UEFA rəsmiləri yayda keçiriləcək AVRO-2020-ni qəbul edəcək assosiasiyaların/təşkilatçıların nümayəndələri ilə turnirlə bağlı əməliyyat məsələlərini müzakirə etmək üçün bu gün görüş keçirib (videokonfrans).

 

UEFA daha əvvəl açıqlanmış təqvimə uyğun olaraq Avropa çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı öhdəliyini təsdiqləyib. 

Tərəflər şəhərlərin üzləşdiyi müxtəlif çətinliklərin qarşısının alınması üçün turnirin təşkili ilə bağlı qəbul olunan qərarlar zamanı çevikliyin vacib olduğunu qeyd ediblər. 

Bu və pandemiya fonunda tez-tez dəyişən xarakterə malik situasiya nəzərə alınaraq, azarkeşlərin stadionlara buraxılması ilə bağlı planın təqdim olunması üçün müəyyənləşdirilən son tarix aprel ayına keçirilib.

UEFA-nın prezidenti Aleksander Çeferin: "UEFA Avropa çempionatının daha öncə planlaşdırıldığı kimi, 12 şəhərdə keçirilməsi öhdəliyinə sadiqdir. Avropa çempionatı milli komandalar üçün öncül turnirdir və futbolun bütün səviyyələrdə inkişafı üçün həyati əhəmiyyət kəsb edən maliyyə mənbəyidir. Turnirin vaxtı yaxınlaşdıqca vəziyyətin daha yaxşı olacağına optimist yanaşıram və oyunları qəbul edəcək şəhərlərə/hökumətlərə iyun-iyul aylarında nələrin həyata keçirilməsinin mümkün olacağı barədə ümumi mənzərənin necə olacağını müəyyənləşdirə bilmək üçün daha çox vaxt vermək lazımdır.

Azarkeşlər futbola xüsusilik qazandırır və bu istər Avropa çempionatı, istərsə də hər hansı digər oyun üçün belədir. Biz onların stadionlara qayıtması üçün əlimizdən gələn hər şeyi etməliyik".

Növbəti xəbərlər

Ən son videolar