Uels - Azərbaycan: Məşqçi fikirləri

07-09-2019

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Uels - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Nikola Yurçeviç (Azərbaycan milli komandasının baş məşqçisi): “Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Hər iki komanda oyuna yaxşı hazırlaşmışdı və intensiv oyun izlədik. Komanda olaraq düzgün oynadıq, sona qədər mübarizə apardıq. Təəssüf ki, bəxtsiz qollar buraxdıq. Halbuki 1 xal qazanmağa layiq idik.Futbolçularımın çıxışından razı qaldım və onlarla qürur duyuram.

Bizi qarşıda daha çətin rəqiblə oyun gözləyir. Xorvatiya millisi səfərdə Slovakiyanı 4:0 hesabı ilə məğlub edib. Uşaqlarla danışdıq, bilirəm ki, hamı məyusdu. Ancaq toparlanmalıyıq”.

Ryan Giqqz (Uels milli komandasının baş məşqçisi): “Bizim üçün vacib oyun idi. Futbolçularımın birinci hissədəki çıxışından razı qalmadım, səhvlər buraxdıq. Nəticə isə məni qane etdi, amma asan olmadı. Rəqibimiz Xorvatiya ilə qarşılaşmada olduğu kimi, çox yaxşı oynadı. Topu özlərində saxlayır, əks-hücumlar qururdular.  Azərbaycan millisinin heyətində yaxşı oyunçuların yer aldığını vurğulaya bilərəm. Qrupda heç kim bu komandaya zəif rəqib kimi yanaşmır. Bugünkü oyun da göstərdi ki, istənilən komandanı büdrədə bilərlər. Biz 3 xalı çətinlikdə əldə etdik. Təbii ki, bu oyundan nəticə çıxarılası məqamlar var”.

Növbəti xəbərlər

Ən son videolar