Ev sahibi - Bakı

Ev sahibi - Bakı

Qız qalası

Qız qalası əsrlər boyu Bakının ən görkəmli tikililərindən biri olub. Abidə İçərişəhərin cənub-qərb hissəsində yerləşir. Silindrik formalı bu abidənin hündürlüyü 28 metrdir. Qız qalası əsrlər boyu Bakının ən görkəmli tikililərindən biri olub. Abidə İçərişəhərin cənub-qərb hissəsində yerləşir. Silindrik formalı bu abidənin hündürlüyü 28 metrdir. Bəzi mütəxəssislərin fikrincə, Qız qalası eramızdan əvvəl VIII-VII əsrlərdə inşa edilib. Qız qalası bu gün öz texniki təchizatına görə ən müasir muzey kompleksinə çevrilib. Kompleksin 8 mərtəbəsində ümumilikdə 34 nümayiş paneli və monitoru quraşdırılıb, onlardan 22-si interaktivdir. Hətta burada unikal heliodispley var. Belə ki, çox nazik su tozu üzərində nümayiş olunan görüntülər qeyri-adi holoqram effekti yaradır. Qala təkcə tarixi ilə deyil, Xəzərə və Bakıya açılan möhtəşəm görüntüsü ilə də hər kəsi heyran edir.

Şirvanşahlar sarayı

Ortа əsr mеmаrlığının şаh əsərlərindən оlаn Şirvаn hökmdarlarının iqаmətgаhı - "Şirvаnşаhlаr Sаrаyı Kompleksi" Bakının əsas tarixi memarlıq abidəsidir. XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində şəhərin ən yüksək nöqtəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılıb. Ortа əsr mеmаrlığının şаh əsərlərindən оlаn Şirvаn hökmdarlarının iqаmətgаhı - "Şirvаnşаhlаr Sаrаyı Kompleksi" Bakının əsas tarixi memarlıq abidəsidir. XII əsrdə Şamaxıda baş verən zəlzələdən sonra pаytахtın Bаkıyа köçürülməsi nəticəsində şəhərin ən yüksək nöqtəsində Şirvаnşаhlаr Sаrаyı ucаldılıb. Sаrаy kompleksi hər biri öz memarlıq strukturu və xidmət funksiyasına görə seçilən 9 tikilidən: Sаrаy binаsı, Divаnхаnа, Dərviş türbəsi, Şərq dаrvаzаsı, sаrаy məscidi, Kеy-Qubаd məscidi, sаrаy türbəsi, hаmаm və оvdаndаn ibаrətdir. Saray kompleksində Divаnхаnа ilə Şirvаnşаhlаr türbəsinin pоrtаlı xüsusi yer tutur. Divаnхаnа gözəlliyinə və elementlərinin incəliyinə görə nəinki Аzərbаycаnın mеmаrlıq аbidələrinin şаh əsəri sаyılır, həm də Yахın Şərqin mеmаrlıq incilərindən hesab olunur.

Atəşgah məbədi

Atəşgah Suraxanı qəsəbəsində yerləşən qalaya bənzər dini məbəddir. Fars və hind kitabələrinə əsasən, məbəd hindli və zərdüştilər tərəfindən səcdəgah kimi istifadə edilmişdir. Atəşgah Suraxanı qəsəbəsində yerləşən qalaya bənzər dini məbəddir. Fars və hind kitabələrinə əsasən, məbəd hindli və zərdüştilər tərəfindən səcdəgah kimi istifadə edilmişdir. Məbəd XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi alovların yerində inşa edilib. Məbəd Suraxanıda neft zavodlarının inşası ilə 1883-cü ildən sonra ibadət yeri olaraq funksiyasını dayandırıb. Unikallığına görə dünyanın möcüzəvi tarixi məkanlarından biri hesab edilən Atəşgah məbədi 2007-ci ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub. Odlar Yurdunun heç vaxt sönməyən bu əbədi məşəlinə yolunuz düşsə, küləklə odun ecazkar rəqsinə tamaşa etməkdən zövq alacaqsınız.

Yanardağ

"Yanardağ" Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. "Yanardağ" - "Pilpilə", "Bozdağ", "Qaynarca" və digər adlarla da tanınır. Bura 2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib. "Yanardağ" Abşeron yarımadasının Məhəmmədi kəndində yerləşir. "Yanardağ" - "Pilpilə", "Bozdağ", "Qaynarca" və digər adlarla da tanınır. Bura 2007-ci ildən Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilib. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır. "Yanardağ"a yaxın olan ərazidə kiçik palçıq vulkanları mövcudddur. Həmin vulkan yerin altından palçıqla bərabər kükürdlü suyu da ətrafa səpələyir. Bu bulaq Qotur su bulağı adlanır. Hazırda "Yanardağ"ın ərazisində 3 ədəd təpə var ki, bu da yanma nöqtələrinin müxtəlif yerlərdə olduğunu göstərir.

Qobustan

Ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu mütləq Qobustandan salın. Bakıdan 64 km məsafədə, cənub-qərb hissədə yerləşən abidə tariximizin daş yaddaşıdır. Ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu mütləq Qobustandan salın. Bakıdan 64 km məsafədə, cənub-qərb hissədə yerləşən abidə tariximizin daş yaddaşıdır. Tarixi 40 min il əvvələ gedib çıxan Qobustan qayaüstü rəsmləri ilə məşhurdur. Bu qayalarda qədim insanların ov və rəqs səhnələri, dülgərlik kimi fəaliyyətləri və qayalar üzərində heyvan rəsmləri əks olunub. Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdəndir. 4 min hektardan artıq ərazidə yerləşən Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu

Qala kəndində açıq səma altında unikal arxeoloji-etnoqrafik muzey kompleksi yerləşir. 1988-ci ildə yaradılmış "Qala" qoruğunda 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidənqurma işləri həyata keçirilib və qoruq arxeoloji-etnoqrafik kompleks kimi fəaliyyətə başlayır. Qala kəndində açıq səma altında unikal arxeoloji-etnoqrafik muzey kompleksi yerləşir. 1988-ci ildə yaradılmış "Qala" qoruğunda 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidənqurma işləri həyata keçirilib və qoruq arxeoloji-etnoqrafik kompleks kimi fəaliyyətə başlayır. Burada 15-ci əsrdə tikilmiş qalanın bir hissəsi sovet dövründə dağıdılsa da, 2010-cu ildə aparılan bərpa işlərindən sonra dağıntı aradan qaldırılıb. Qalanın altında yeraltı yollar və otaqlar mövcuddur. Bu yollar Abşeron yarımadasındakı digər qalalara aparır. Qeyd edək ki, Qala kəndi qədim sənətkarlıq və ticarət mərkəzlərindən olub. Burada çoxlu sayda müxtəlif dövlətlərə aid sikkələr tapılıb.

Palçıq vulkanı

Palçıq vulkanlarına el arasında «pilpilə», «yanardağ», «bozdağ», «axtarma», «qaynaca» da deyilir. Azərbaycanda 400-ə qədər palçıq vulkanı var. Palçıq vulkanları Abşeronun qərb və mərkəz hissəsində daha geniş yayılıb. Palçıq vulkanlarına el arasında «pilpilə», «yanardağ», «bozdağ», «axtarma», «qaynaca» da deyilir. Azərbaycanda 400-ə qədər palçıq vulkanı var. Palçıq vulkanları Abşeronun qərb və mərkəz hissəsində daha geniş yayılıb. Bu ərazilərdə Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ-boğa, Böyükdaş, Otman-Bozdağı, Lökbatan, Şonqar, Quşxana və digər çox iri vulkanlar yerləşib. Zığ və Bibiheybət ərazisində sönmüş palçıq vulkanları da mövcuddur. Abşeron arxipelaqı hüdudları – Buzovna sopkası, Palçıq sopkası, Neft daşları iri palçıq vulkanları ilə məşhurdur.

Bakı Bulvarı

Dənizkənarı Milli Park yerli sakinlərin və paytaxt qonaqlarının ən sevimli istirahət məkanlarından biridir. 1998-ci ildən Milli Park statusu verilən bulvar son bir ildə dünyanın ən müasir dənizkənarı parkına çevrilib. Dənizkənarı Milli Park yerli sakinlərin və paytaxt qonaqlarının ən sevimli istirahət məkanlarından biridir. 1998-ci ildən Milli Park statusu verilən bulvar son dövrdə dünyanın ən müasir dənizkənarı parkına çevrilib. Dənizkənarı bulvar gözəlliyi və işıqlandırma sistemi, gözəl landşaft dizaynı, kafeləri, əyləncəsi ilə hər kəsi özünə heyran qoyur. Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalça Muzeyi bulvar boyunca yerləşir. Paytaxta gələn qonaqlar Bakı Ağ şəhər Bulvarındakı “Bulvar Hotel”dən başlayıb Bakı Kristal Zalı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazidə istirahət edə bilərlər.

İçərişəhər

İçərişəhərə “şəhər içində şəhər” də deyilir. Qədim şəhərə Qoşa Qala Qapısı kimi tanınan Şamaxı darvazasından daxil olmaq məsləhətdir. Burada ilk addımlardan insan sanki sehrli bir aləmə düşür. Ərazini əhatə edən hündürlüyü 10 m, eni isə 3,5 m çatan, müxtəlif əsrlərin daşlarından ibarət Qala divarından kim təəccüblənməz ki?! İçərişəhərə “şəhər içində şəhər” də deyilir. Qədim şəhərə Qoşa Qala Qapısı kimi tanınan Şamaxı darvazasından daxil olmaq məsləhətdir. Burada ilk addımlardan insan sanki sehrli bir aləmə düşür. Ərazini əhatə edən hündürlüyü 10 m, eni isə 3,5 m çatan, müxtəlif əsrlərin daşlarından ibarət Qala divarından kim təəccüblənməz ki?! Qoşa Qala qapısından düz dənizə tərəf getdikdə İçərişəhərin incisi, Bakının simvolu Qız Qalasını görmək olar. Qalanın tarixi əfsanələrlə zəngindir. Bu günədək onun nə vaxt və hansı məqsədlə inşa edildiyi dəqiq bilinmir. Bizim gözlə gördüyümüz isə XII əsrə aid müdafiə istehkamıdır.

BİLMƏK FAYDALIDIR

Rəsmi dil Azərbaycan dilidir, lakin rus və ingilis dillərindən də istifadə olunur.