Haqqımızda

UEFA Avropa çempionatı UEFA üzvü olan milli komandalar arasında hər 4 ildən bir keçirilən turnirdir. İlk turnir 1960-cı ildə təşkil olunub. Turnir ilk olaraq UEFA Millətlər Kuboku adlanıb. 1968-ci ildən etibarən isə Avropa çempionatı adı ilə keçirilir.

İlk turnir Fransada təşkil olunub və finalda Yuqoslaviya millisini 2:1 hesabı ilə məğlub edən SSRİ komandası çempion adını qazanıb.

Turnir 2020-ci ildə 60 illik yubileyni qeyd edəcək və Avropanın 12 müxtəlif şəhərində 16-cı dəfə təşkil olunacaq.

Avropa çempionatında ən çox çempion olan milli komandalar hərəyə 3 dəfə olmaqla, İspaniya və Almaniyadır.  Avropa çempionatına ən çox ev sahibliyi edən ölkə Fransadır. Qitənin ən güclüsünün adına 3 dəfə bu ölkədə aydınlıq gəlib.

Avropa çempionatda indiyədək 10 fərqli milli komanda çempionluğa yiyələnib.

İyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatında 24 milli komanda çempionluq uğrunda mübarizə aparacaq. Bakı çempionatın 3 qrup oyununa və 1/4 final mərhələsinin 1 qarşılaşmasına ev sahibliyi edəcək.

Fotoqalereya

Növbəti xəbərlər

Ən son videolar