Azərbaycana Viza

Yalnız aşağıdakı ölkələrin vətəndaşı və / və ya vətəndaşlığı olmayan sakini olan, Bakıda keçiriləcək UEFA Avro 2020 oyunlarına bileti olan şəxslər gəldikləri vaxtdan etibarən oyun üçün etibarlı bileti təqdim etməklə viza ala biləcəklər:

Türkiyə* (vizasız rejim)
İsveçrə
Böyük Britaniya
Dörddəbir finalçı ölkələr

Standart vizalar tək girişlidir və 90 gün müddətində qüvvədədir, ölkədə 30 günə qədər qalmaq hüququ verir.

Pasportun etibarlılıq müddəti, veriləcək vizanın müddətinin bitmə tarixindən ən azı 3 ay artıq olmalıdır.

Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının beynəlxalq sərhədini qanunsuz keçən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər viza almış olsalar da, onların Azərbaycan Respublikasına girişinə icazə verilməyə bilər.

----------------------------------------------------

Elektron viza proseduru 

1. Viza əldə edə biləcək ölkələrin (Bakıda oynayacaq ölkələr - İsveçrə, İngiltərə, dörddəbir finalçı ölkələr) vətəndaşları və / və ya vətəndaşlığı olmayan sakinləri elektron viza almaq üçün rəsmi elektron viza platforması vasitəsilə (https://evisa.gov.az/en/) müraciət etməlidirlər. Adi elektron vizalar 3 iş günü ərzində verilir və 23 ABŞ dolları məbləğində (xidmət haqqı daxil olmaqla) rüsum tutulur, təcili elektron vizalar isə 3 saat ərzində verilir və 51 ABŞ dolları məbləğində (xidmət haqqı daxil olmaqla) rüsum tutulur.

2. Elektron viza müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Elektron vizalar tək girişlidir və 90 gün müddətində qüvvədədir, ölkədə 30 günə qədər qalmaq hüququ verir. Pasportun etibarlılıq müddəti, veriləcək elektron vizanın müddətinin bitmə tarixindən ən azı 3 ay artıq olmalıdır.

Vacib qeyd:  E-viza alan şəxs Azərbaycana daxil olarkən dövlət sərhədlərində bilet təqdim etməlidir, əks halda girişə icazə verilməyəcək. Elektron viza ala biləcək şəxslərə viza pəncərələrinin qarşısında izdiham yaratmamaq və karantin tədbirlərinə riayət etmək üçün e-viza üçün müraciət etmək və hava limanına çatdıqdan sonra viza almaqdan çəkinməyi şiddətlə tövsiyə edirik. Azərbaycana səfər edən bilet sahibləri COVID-19 testinin nəticəsinin mənfi olması barədə sübutu təqdim etməklə karantindən azad olma hüququna malik olacaqlar.

COVID-19 qaydaları ilə bağlı ətraflı məlumat üçün müvafiq bölməyə keçid edin